16 Dekabr 2023, 21:54
FUTBOL
La Liqanın 17-ci turunun daha bir oyunu başa çatıb.
Matc.az xəbər verir ki, "Selta" "Qranada"nı qəbul edib və qalib gəlib (1:0). Yeganə qol ilk hissədə vurulub. 20-ci dəqiqədə Jorgen Strand Larsen qola imza atıb, Unai Nunes isə assist edib. "Selta" matçı on nəfərlə başa vurub. 80-ci dəqiqədə İaqo Aspas qırmızı vərəqə alıb.
Qeyd edək ki, Viqo klubu 12 matçlıq qələbə seriyasını qıraraq 13 xalla 17-ci pilləyə yüksəlib. “Qranada” 8 xalı və 19-cu pillədə qərarlaşıb.