16 Dekabr 2023, 22:36
FUTBOL
39 yaşlı "Çelsi"nin müdafiəçisi Tiaqo Silva ictimaiyyətin yaşına çox əhəmiyyət verməsini istəmədiyini etiraf etdi.
Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: “İnsanlar mənim yaşıma çox diqqət yetirirlər. Lakin mən “ən yaşlı oyunçu bunu etdi, ən yaşlı oyunçu bunu etdi” deməkdənsə, ilk növbədə təcrübəyə baxmağı üstün tuturam. Ancaq ümumilikdə burada çıxış etmək böyük bir imtiyazdır. Ən çox diqqətimi yaxşı çıxış etməyə yönəltmişəm”.
Qeyd edək ki, bu mövsüm Silva 15 matçda 1 qol vurub. Onun "Çelsi" ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.