Nitsa prokurorluğu PSJ-nin keçmiş baş məşqçisi Kristof Qaltyenin 3 il müddətinə diskvalifikasiya edilməsini tələb edir və ona irqçilik ittihamı ilə şərti 12 aylıq həbs cəzası verilməsini xahiş edir.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Baş məşqçini 45 min avro cərimə də gözləyir.
Xatırladaq ki, Qaltyer ötən ilin yayında Nitsada irqçi təhqirlər işi üzrə aparılan istintaq çərçivəsində saxlanılıb. Qaltyeri irqçi ifadələrə görə həbs cəzası gözləyir. Mütəxəssis "Nitsa"nın keçmiş direktoru Julien Fournierə məktub göndərib və orada komandada çoxlu sayda qaradərili və müsəlmanın olmasının yolverilməzliyinə işarə edib.
Qaltyer 2022-ci il iyulun 5-də PSJ-nin baş məşqçisi olub və düz bir ildən sonra müqaviləsinə xitam verildi.