"Leypsiq" Almaniya çempionatının 15-ci turunun matçında "Hoffenhaym"ı 3:1 hesabı ilə məğlub edib.
 
Matc.az xəbər verir ki, "öküzlər" Bundesliqada 253-cü oyunlarında 500-cü qollarını vurublar. Daha öncə bu uğura yalnız Münhen "Bavariya"sı (231 matçda) və Münhenqladbax "Borusiya"sı (240 matçda) nail olublar.
 
Qeyd edək ki, "Leypsiq" ölkə çempionatında 15 turdan sonra 32 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest