Dieqo Alonso "Sevilya"nın baş məşqçisi postundan qovulub.

 
Matc.az xəbər verir ki, uruqvaylı mütəxəssis oktyabrın 10-dan etibarəb komandanın "sükanı arxasında" idi. İspaniya klubu onun rəhbərliyi altında 13 oyun keçirdi, 2 qələbə qazandı, 5 dəfə heç-heçə edib, 6 dəfə isə məğlubiyyətlə üzləşdi.
 
Ötən "Xetafe"yə 0:3 hesabı ilə məğlub olan "Sevilya" La Liqada 16 turdan sonra 13 xal toplayaraq turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest