"Atalanta"nın və Rusiya millisinin yarımmüdafiəçisi Aleksey Mirançuk qış transfer pəncərəsində klubunu tərk etməmək qərarına gəlib.
 
Matc.az xəbər verir ki, futbolçu ilə yalnız İtaliyanın "Torino" klubu maraqlanırdı, lakin berqamaskolular potensial müqavilənin şərtlərindən razı olmayıb. Mirançukun "Atalanta" ilə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir. Bu mövsüm 28 yaşlı rusiyalı A Seriyasında və Avropa Liqasında 10 oyun keçirib və 2 məhsuldar ötürmə edib. Daha əvvəl Mirançukun klubda ona verilən oyun müddətindən razı qalmadığı bildirilirdi.
 
Berqamo şəhərinin təmsilçisi İtaliya çempionatında 15 turdan sonra 23 xalla 8-ci yerdə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest