"Liverpul"un hücumçusu Məhəmməd Salah gələn il klubunu dəyişə bilər.
 
Matc.az xəbər verir ki, bu ilin əvvəlində "Əl-İttihad"ın 200 milyon funt-sterlinqlik təklifi rədd edilsə də, Səudiyyə Ərəbistanının yüksək səviyyəli komandaları oyunçunu 2024-cü ilin yayında əsas transfer hədəfinə çevirəcək. Salah özü də Liverpul təmsilçisini tərk etmək niyyətindədir. Misirli futbolçunun mersisaydlılarla müqaviləsi 2025-ci ildə başa çatır. 
 
O, cari mövsüm Premyer Liqada 16 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest