17 Dekabr 2023, 15:31
FUTBOL
Yarışda 32 komanda iştirak edəcək, onlardan 12-si Avropanı təmsil edəcək. Qeyd olunur ki, Çempionlar Liqasının son qalibləri kimi "Çelsi", "Real Madrid" və "Mançester Siti" də iştiraçkılar arasında olacaqlar.
Klublararası dünya çempionatı 2025 bir ay davam edəcək.
Matc.az xəbər verir ki, turnir 2025-ci ilin yayında iyunun 15-dən iyulun 13-dək keçiriləcək.
Yarışda 32 komanda iştirak edəcək, onlardan 12-si Avropanı təmsil edəcək. Qeyd olunur ki, Çempionlar Liqasının son qalibləri kimi "Çelsi", "Real Madrid" və "Mançester Siti" də iştiraçkılar arasında olacaqlar.
Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) buna cavab olaraq FİFA-ya futbolçuların mövsümlərarası fasilədə 28 günlük fasilə lazım olduğunu xatırladıb. Təşkilat həmçinin FİFA-ya bildirib ki, bəzi oyunçular 2024/25 mövsümündə klub və ölkə üçün ümumilikdə 80 oyun keçirməli olacaqlar. Bu, ortastatistik göstəricidən 10% yüksəkdir.