"Liverpul" hazırda "Leypsiq"də icarə əsasında çıxış edən yarımmüdafiəçisi Fabio Karvalyonu geri çağıra bilər.
 
Matc.az xəbər verir ki, britaniyalılar oyunçusunun oyun müddətinin az olmasından narazı olduqları üçün Bundesliqa klubu ilə rəsmi danışıqlara başlayıblar. Bununla belə, "Leypsiq" mövsümün qalan hissəsi üçün futbolçuya ümid edir və onu buraxmaq istəmir.
 
Mersisaydlıların Karvalyonu komandaya qaytarmaqda məqsəd onu başqa kluba icarəyə göndərməkdir. Portuqaliyalının "Fulhem"ə qayıtmağa hazır olduğu bildirilir.
 
Liverpul təmsilçisi 16 turdan sonra İngiltərə Premyer Liqasında 37 xalla vahid liderdir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest