17 Dekabr 2023, 17:51
FUTBOL
"Çelsi" qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.
Matc.az xəbər verir ki, "zadəganlar" Argentinanın "River Pleyt" klubunda çıxış edən yarımmüdafiəçi Klaudio Eçeverri ilə yaxından maraqlanır. 17 yaşlı gənc futbolçunu London klubu ilə yanaşı “Mançester Siti” və “Barselona” da izləyir. Kataloniyalıların maliyyə feyr-pleyinə görə bu transferdən imtina etməsi gözlənilir.
Argentinalı oyunçunun klubu ilə müqaviləsi 2024-cü ilin sonuna kimi nəzərdə tutulub.