Bir müddət əvvəl 2034-cü ildə futbol üzrə dünya çempionatının Səudiyyə Ərəbistanında keçiriləcəyi açıqlandı.

Matc.az xəbər verir ki, ölkənin belə bir turnirə ev sahibliyi etmək qərarı tənqid olundu. Mövcud vəziyyəti FİFA-nin rəhbəri Cianni İnfantino şərh edib. O, baş verənləri Qərbin ikili əxlaqı adlandırıb: “Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatına ev sahibliyi etməyə yeganə iddialı ölkə idi. Burada bir daha Qərbin ikili əxlaqını görmək olar. Bütün ölkələr səudiyyəlilərə qarşı nəzakətli davranır və onlarla milyardlarla dollar dəyərində iş aparır”.

Xatırladaq ki, 2026-cı ildə dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək. 2030-cu ildə çempionata İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi etsə də, yubiley şərəfinə Uruqvay, Argentina və Paraqvay bəzi qarşılaşmalara ev sahibliyi edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest