PSJ-nin baş məşqçisi Luis Enrike hücumçu Kilian Mbappenin meydandakı mövqeyi ilə bağlı fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: “Mən heç kimi inandırmağa ehtiyac duymuram. Kilian Mbappe mən gələndə olduğu kimi indi də çox sərbəstdir. Bu, hər mövsüm bizə 50 qol və 25 məhsuldar ötürmə verən ən yaxşı oyunçudur. O, mərkəz hücumçusu kimi oynamır, lakin tam sərbəstliyə malikdir və mərkəzdən sola və ya sağa hərəkət edə bilir. Etdiyi işdən asılı olaraq, komanda uyğunlaşmalıdır. Mən heç kimi heç nəyə inandırmaq məcburiyyətində deyiləm. Məni yalnız komandanın ən yaxşı çıxışı və kuboklar motivasiya edir”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest