17 Dekabr 2023, 22:15
FUTBOL
Yeni yaradılan və cari mövsümdə ilk dəfə futbol üzrə Azərbaycan çempionatında iştirak edən 17 yaşadək qızlardan ibarət “Sabah”ın komandası liqaya uğurlu start verib.
Matc.az xəbər verir ki, Mehdi İbrahimovun baş məşqçisi olduğu komanda keçirdiyi 4 oyunun hamısından qalib ayrılıb. “Sabah”ın və millimizin futbolçusu Amin Seydiyev, həmçinin qadınlardan ibarət yığmamızın üzvü Aysun Seydiyeva U-17 komandamızın məşqində qonaq olublar. Görüş zamanı hər iki futbolçu U-17 komandasının üzvlərinə öz məsləhətlərini verib, yeniyetmə futbolçuların suallarını cavablandırıb, həmçinin onlara hədiyyələr təqdim ediblər.