Beynəlxalq Futbol Federasiyası FİFA Qitələrarası Kuboku ilk dəfə 2024-cü ildə keçiriləcəyini açıqladı.

Matc.az xəbər verir ki, yeni turnirdə bütün konfederasiyaların əsas klub yarışlarının qalibləri iştirak edəcək və UEFA Çempionlar Liqasının qalibi və digər konfederasiyaların klubları arasında qitələrarası pley-offun qalibi finalda neytral stadionda qarşılaşacaq. Qitələrarası kubok iki mərhələdən ibarət olacaq. İlk mərhələlərin keçirilmə tarixləri klublar və konfederasiyalarla razılaşdırılaraq FİFA tərəfindən müəyyən ediləcək. Pley-off oyunları 14 dekabr 2024-cü ildə neytral məkanda keçiriləcək. Final dekabrın 18-də orada keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest