18 Dekabr 2023, 10:10
FUTBOL
Almaniya Bundesliqasının XV turunda “Ştutqart”la keçirilən oyun “Bavariya”nın hücumçusu Harri Keyn üçün əlamətdar olub. Matc.az xəbər verir ki, ingiltərəli forvard komandasının 3:0 hesabı ilə qalib gəldiyi görüşdə yeni rekorda imza atıb.
Qarşılaşmada dubl müəllifi olan Keyn Bundesliqada qol sayını 20-yə çatdırıb. Bunun üçün ona 14 görüş kifayət edib. Keyn çempionat tarixində 20 qola ən tez çatan oyunçu olub.
Daha əvvəl Uve Zeeler (“Hamburq”) 21, Erlinq Haland (“Borussiya”, Dortmund) 22 oyunda bunu bacarıb.
Qeyd edək ki, Harri Keyn bu mövsüm bütün turnirlərdə 22 qol, 8 məhsuldar ötürmə ilə diqqət çəkib.