Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib. 26 yaşlı hücumçu komandası Zaqreb “Dinamo”sunun növbəti oyununa qədər sıraya dönəcək. Emrelinin yeni ildən təlim-məşq toplanışına qoşulması gözlənilir.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib. Matc.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu komandası Zaqreb “Dinamo”sunun növbəti oyununa qədər sıraya dönəcək.

Dizindəki zədə ucbatından ölkə çempionatının XIX turunda “Hayduk”la görüşü buraxan Emrelinin yeni ildən təlim-məşq toplanışına qoşulması gözlənilir. Forvard yanvarın 23-də “Lokomotiva” ilə keçiriləcək IV turdan təxirə salınan matçda məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, “Dinamo” Xorvatiya çempionatında qış fasiləsinə 34 xalla üçüncü pillədə yollanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest