“Mançester Yunayted”in yarımmüdafiəçisi Donni van de Beek karyerasını Almaniyada davam etdirəcək. Matc.az xəbər verir ki, 26 yaşlı futbolçu “Ayntraxt”la anlaşıb.

Niderland millisinin üzvü yaxın 24 saat ərzində Frankfurt təmsilçisində tibbi müayinədən keçəcək. Klublar arasında danışıqlar artıq yekunlaşıb və van de Beek yeni komandasında icarə əsasında çıxış edəcək. “Ayntraxt”ın onu 11 milyon avro qarşılığında birdəfəlik transfer etmək hüququ da olacaq.

Qeyd edək ki, orta sahə oyunçusu “Mançester Yunayted”ə 2020-ci ilin yayında “Ayaks”dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest