Gürcüstanın paytaxtı Tbilisidə keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb. Matc.az xəbər verir ki, David Kvaçadzenin şərəfinə təşkil olunan yarışda Azərbaycan millisi 1 gümüş və 1 bürünc medal qazanıb.

Böyük məşqçi Nəriman Abdullayev və məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın heyətində Nurlan Səfərov (60 kq) ikinci yeri tutub. Digər boksçumuz Rüfət Hüseynov (52 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, millimiz yarışa 5 boksçu ilə qatılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest