Azərbaycan Premyer Liqasının son turunda azarkeş rekordu qırılıb. Matc.az xəbər verir ki, XXXVI turun 5 oyununu ümumilikdə 24 min 300 tamaşaçı izləyib. Buna qədər ən yüksək göstərici XXXII turda qeydə alınmışdı. Həmin vaxt 13 min 800 azarkeş tribunalarda yer almışdı.

Azərbaycan Premyer Liqasının son turunda azarkeş rekordu qırılıb. Matc.az xəbər verir ki, XXXVI turun 5 oyununu ümumilikdə 24 min 300 tamaşaçı izləyib.

Buna qədər ən yüksək göstərici XXXII turda qeydə alınmışdı. Həmin vaxt 13 min 800 azarkeş tribunalarda yer almışdı.

Ümumilikdə çempionatın 180 görüşündə 276 min 487 azarkeş olub. Orta hesabla hər qarşılaşmanı 1536 nəfər izləyib.

XXXII turun “Sumqayıt” – “Qarabağ” və XXXVI turun “Sumqayıt” – “Qəbələ” görüşlərini rekord sayda – 9300 izləyici seyr edib. XXI turun “Sumqayıt” – “Neftçi” qarşılaşmasında bu rəqəm 8100-ə bərabər olub.

Ən çox tamaşaçı toplayan üç oyuna “Sumqayıt” ev sahibliyi etsə də, mövsümün ən çox seyrçi toplayan komandası “Turan Tovuz” olub. Bu göstəricidə “Neftçi” üçüncüdü.

yer

komanda

oyun

tamaşaçı

Orta

1

Turan Tovuz

18

73900

4106

2

Sumqayıt

18

51516

2862

3

Neftçi

18

31321

1740

4

Sabah

18

26997

1500

5

Qarabağ

18

22628

1257

6

Zirə

18

20200

1122

7

Kəpəz

18

14615

812

8

Səbail

18

14190

788

9

Qəbələ

18

10730

596

10

Araz-Naxçıvan

18

10390

577

 

Cəmi

180

276487

1536

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest