Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

Tədbirdə Azərbaycanın bu turnirdəki təmsilçisi “Zirə”nin də rəqibi müəyyənləşib. Səpələnməmişlər səbətində yer alan Azərbaycan Premyer Liqasının gümüş mükafatçısının rəqibi Moldova klubu “Şerif” olub.

“Zirə” ilk oyununu iyulun 11-də səfərdə, cavab matçını isə 18-də evdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest