11 Oktyabr 2024, 21:04
FUTBOL
"Çelsi"nin baş məşqçisi Enzo Mareska sentyabr ayı üçün İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə çempionatının rəsmi saytı məlumat yayıb.
Ötən ay 44 yaşlı mütəxəssisin rəhbərliyi altında "Çelsi" Premyer Liqada 4 oyun keçirib, 3 qələbə qazanıb və 1 heç-heçə edib.
İtaliyalı mütəxəssis səsvermədə Mikel Arteta ("Arsenal"), Arne Slot ("Liverpul"), Unai Emeri ("Aston Villa") və Marka Silvanı ("Fulhem") qabaqlayıb.
Xatırladaq ki, Mareska ötən yay "Çelsi"nin baş məşqçisi təyin edilib. İngiltərə çempionatının yeddi turundan sonra London klubu 14 xal toplayıb və dördüncü pillədə qərarlaşıb.