02 Dekabr 2024, 13:35
FUTBOL
Türkiyə çempionatında "Eyüpspor"la matçda zədələnən "Qalatasaray"ın futbolçusu Abdülkərim Bardakçı tibbi müayinədən keçib. Matc.az xəbər verir ki, bu barədə “sarı-qırmızılılar”ın rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, təcrübəli müdafiəçinin sol ayaq biləyindəki sümüklərdə ödəm və ayaq biləyi bağlarında gərilmə aşkarlanıb. Həkimlər Bardakçının təxminın 1 ay yaşıl meydanlardan uzaq qalacağını yazıblar.
Qeyd edək ki, "Qalatasaray" "Eyüpspor"la görüşdən 1 xalla ayrılıb - 2:2.