PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 6-cı turunda “Zalsburq”a qalib gəldikləri oyundan (3:0) sonra açıqlama verib. Matc.az xəbər verir ki, ispan mütəxəssis layiqli qələbə qazandıqlarını qeyd edib.

“İlk dəqiqələrdən fikrimizi ancaq oyuna yönəltdik və yekunda lazım olan nəticəni əldə edə bildik. Qələbəyə layiq idik. Demək olar ki, rəqib qol şansı yarada bilmədi. Biz isə daha çox qol vura bilərdik. Amma 3:0 hesabından da razıyam. Komanda inkişafdadı. Bundan da yaxşı təsir bağışlamaq olar”, - deyə o vurğulayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest