Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
Matc.az xəbər verir ki, 1/8 finala vəsiqə qazanacaq səkkiz komandanın adına aydınlıq gəlib.
İstanbulda "Anderlext üzərində 3:0 hesabıyla inamlı qələbə qazanan "Fənərbaxça" səfərdə məhsuldar heç-heçə edərək adını 1/8 finala yazdırıb..
Niderland səfərindəki ilk oyunda 4:1 hesablı ağır məğlubiyyət alan "Qalatasaray" isə doğma meydanda heç-heçəyə razılaşaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 6 martda keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunlar
20 fevral
"Roma" (İtaliya) – "Porto" (Portuqaliya) - 3:2
Qollar: Dyabala, 29, 39, Pisilli, 83 // Agehova, 27,
Qırmızı vərəqə: Estaqio, 51
(İlk oyun - 1:1)
"Bodo-Qlimt" (Norveç) – "Tvente" (Niderland) - 5:2
Qollar: Högh, 56 (pen), Hilgers, 90+2 (aq), Vembanqomo, 90+4, Fet, 111, Verşueren, 114 (aq) // Syovold, 26 (aq), Steyn, 90+6
(İlk oyun - 1:2)
FCSB (Rumıniya) – PAOK (Yunanıstan) - 2:0
Qollar: Çistotti, 30, Miçelesku, 81
(İlk oyun - 2:1)
"Qalatasaray" (Türkiyə) – "AZ Alkmaar" (Niderland) - 2:2
Qollar: Osimhen, 56, Sallai, 70 // Maykuma, 42, Kasius, 55
(İlk oyun - 1:4)
"Ayaks" (Niderland) – "Yunion" (Belçika) - 1:2 (Əlavə vaxt)
Qollar: Teylor, 90+3 (pen) // Allister, 16, David, 28
Qırmızı vərəqə: Klaassen, 25
(İlk oyun - 2:0)
"Anderlext" (Belçika) – "Fənərbaxça" (Türkiyə) - 2:2
Qollar: Vasques, 18, 55 // En-Nesiyri, 4, Akçiçek, 63
(İlk oyun - 0:3)
"Real Sosyedad" (İspaniya) – "Midtyulland" (Danimarka) - 5:2
Qollar: Mendez, 5, Luşiç, 18, 45+2, Oyarzabal, 73 (pen), Oskarsson, 90 // Buksa, 24 (pen), Osiro, 38
(İlk oyun - 2:1)
"Viktoriya" (Çexiya) – "Ferençvaroş" (Macarıstan) - 3:0
Qollar: Durosinmi, 27, 39, Şuls, 35,
(İlk oyun - 0:1)