10 Mart 2025, 20:00
FUTBOL
Braziliyanın gənclərdən ibarət komandasının və "Atletiko Mineiro"nun 19 yaşlı cinah hücumçusu Alisson karyerasını "Şaxtyor"da davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə Ukrayna klubunun rəsmi saytı məlumat yayıb.
Futbolçu ilə 2029-cu ilə qədər uzunmüddətli müqavilə imzalanıb.
Ümumilikdə, Alisson bütün turnirlərdə "Atletiko Mineiro"nun əsas komandasında 43 oyun keçirib. Futbolçunun 4 qol və 2 məhsuldar ötürməsi var. Braziliyanın U20 komandasının tərkibində Alisson 8 matçda 1 qol vurub.