"Mən gənc məşqçiyəm, səhvlərim ola bilər. Komandanı çətin durumda götürdüyüm zaman da gənc idim".

"Sumqayıt" Misli Premyer Liqasının 26-cı turu çərçivəsində doğma meydanda "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəlib.

Matc.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çətin vəziyyətdə idik. Uşaqlar oyunun vacibliyini dərk edirdilər. Gözəl oyun və qələbəyə görə komandamı təbrik edirəm. Azər Bağırov yaxşı komanda formalaşdırıb. Ona uğurlar arzulayıram. İnanıram ki, "Kəpəz" bu mövsüm istədiyi nəticəni əldə edəcək.

Son bir həftədə nəyisə dəyişdiz?
- Az danışmağa başladım.

İstefa təhlükəsini üzərinizdən adınız?
- Mən gənc məşqçiyəm, səhvlərim ola bilər. Komandanı çətin durumda götürdüyüm zaman da gənc idim. Bir məşqçi olaraq bu situasiyaya düşməlisən. İnanıram ki, məndə o güc var. Öz üzərimdə çalışıram. Məğlubiyyətlərə baxmayaraq, komandada birlik və bərabərlik var idi. Bu gün qalib gəldik. Başımızı aşağı salıb növbəti matçlara hazırlaşacağıq.

Son bir həftədə futbol ictimaiyyəti sizi istefaya hazırlamışdıÖzünüzü oyuna necə köklədiniz?
- Məşqçi işi elədir ki, hər an hər şeyə hazır olmalısan. İkincisi səndə inam olmalıdır. Rəhbərliyin və komandanın mənə inamı oldu. Siz də bunu dərk etməlisiz ki, mən gənc məşqçiyəm. Bir baş məşqçi kimi belə vəziyyətlərə düşməyi də, qalxmağı da bilməlisən. Az danışıb çox iş görməyə gəlmişəm. Mən həmişə mətbuata açıq olmuşam. Siz sual verirsiz, mən də cavab verirəm. Komandanın yaxşı nəticələr qazanması üçün gecə-gündüz çalışıram. 10 oyundur qol vura bilməmək, təzyiqlərə dözmək ancaq güclü insanların xarakterində olan şeydir.

Yeni futbolçular komandaya adaptasiya olub?
- Həmişə deyirdim ki, Ronaldoya vaxt lazımdır. Yavaş-yavaş formasını yığır. Həmçinin, Bobir. Momo Yansanedə zədə oldu. Onda proses bir az gec gedir. Vaxt lazımdır. İnanıram ki, hər biri növbəti oyunlarda bizə kömək edəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest