10 Mart 2025, 21:02
FUTBOL
"Liverpul"un hücumçusu Kodi Qakpo komandanın sıralarına qayıdıb.
Matc.az xəbər verir ki, səhhətində yaranan problemlərə görə Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ (Fransa) ilə ilk oyununu və Premyer Liqada "Sauthempton"la matçı buraxan niderlandlı futbolçu məşqlərə start verib.
25 yaşlı hücumçu Fransa təmsilçisi ilə cavab qarşılaşmasında start heyətində meydana çıxa bilər.
Qeyd edək ki, "Liverpul" – PSJ görüşü martın 11-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk oyun mersisaydlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.