11 Mart 2025, 00:30
FUTBOL
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və İranın "İstiqlal" komandalarının qarşılaşdığı Asiya Çempionlar Liqasının 1/8 final oyunu keçirilib.
Matc.az xəbər verir ki, qarşılaşmanı İlgiz Tantaşevin (Özbəkistan) başçılıq etdiyi hakimlər briqadası idarə edib.
"Əl-Nəsr" "İstiqlalı" 3:0 hesabı ilə darmadağın edib. Səudiyyə Ərəbistanı təmsilçisinin 2 qollunu hücumçu Con Duran və penaltidən Kriştiano Ronaldo vurub. Beləliklə, Ronaldo futbolçu karyerasında 927-ci qolunu vurub.
Kriştiano Ronaldo tarixdə rəsmi oyunlarda 927 qol vuran ilk futbolçudur. O, "Sportinq"də 5, "Mançester Yunayted"də 145, "Real"da 450, "Yuventus"da 101, "Əl-Nəsr"də 92, millisində isə 134 qol vurub.