Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Matc.az xəbər verir ki, Azərbaycanın 3 klubu siyahıya düşüb.

Onlardan “Qarabağ” və “Zirə”də ciddi geriləmə müşahidə olunub. Belə ki, 16 pillə geriləyən ağdamlılar ilk “100-lüy”ü tərk edib. Qurban Qurbanovun yetirmələri 147,75 xalla 103-cü sıradadır. “Zirə” isə 208-ci yeri 219-cu pilləyə dəyişib. Rəşad Sadıqovun kollektivinin aktivində 98,25 xal var.

Siyahıdakı digər təmsilçimiz “Sabah” isə böyük sıçrayışla yadda qalıb. Vasili Berezutskinin rəhbərlik etdiyi komanda düz 61 pillə irəliləyib. Qəsəbə təmsilçisi 68,5 xalla 353-cü pillədə yer alır.

501 klubun yer aldığı reytinqə İspaniya nəhəngi “Real” (507 xal) başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest