11 Mart 2025, 10:24
FUTBOL
“Sumqayıt” cari mövsüm Misli Premyer Liqasında ilk böyükhesablı qələbəsini qazanıb. Matc.az xəbər verir ki, komanda 26-cı turda “Kəpəz”lə oyunda bunu bacarıb.
Vaqif Cavadovun yetirmələri rəqibini 3:0 hesabı ilə məğlub edib. Bu, həm də “kimyaçılar”ın tarixində Premyer Liqada 10-cu böyükhesablı qələbəsidi. Komanda 6 dəfə evdə, 4 dəfə səfərdə darmadağına sevinib.
“Gənclik şəhəri” təmsilçisi sonuncu böyükhesablı qələbəsini bir il əvvəl - 2024-cü il aprelin 19-da qazanmışdı. Komanda həmin vaxt səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə üstələmişdi.
Qeyd edək ki, “Sumqayıt” həm də Vaqif Cavadovun rəhbərliyi altında ilk böyükhesablı qələbəsi qazanıb.