“Neftçi”nin müdafiəçisi Höccət Haqverdi Azərbaycan çempionatlarında 100-cü oyununa çıxıb. Matc.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqanın XXVI turunda “Turan Tovuz”la görüşdə reallaşıb.

32 yaşlı futbolçu 1:1 hesabı ilə başa çatan qarşılaşmada start heyətində meydana çıxıb. Millimizin üzvü Premyer Liqada 2 klubun formasını geyinib. O, “Sumqayıt”da 40 (1 qol), “Neftçi”də 60 matça çıxıb.

Qeyd edək ki, Höccət Haqverdinin Premyer Liqamızda debütü 2020-21 mövsümünə təsadüf edib. O, 2021-ci ilin yanvarında “Şamaxı” (0:1) ilə qarşılaşmada “Sumqayıt”ın heyətində ilk oyununa çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest