11 Mart 2025, 10:56
FUTBOL
“Mançester Yunayted” “Old Trafford”u tərk edəcək. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar” yaxın müddətdə yeni stadionun inşasına başlayacaq.
Klub rəhbərliyi yeni arenanın 100 min tamaşaçı tutumu olmasını planlaşdırır. Premyer Liqa nəhəngi ən geci 5 il ərzində yeni stadionun istifadəyə verilməsinə çalışacaq. Dünyanın məşhur memarlarından olan Norman Foster də bu məlumatı təsdiqləyib.
Klubun sahibi Cim Retkliff də bununla bağlı açıqlama verib: “Mançester Yunayted”in gələcəyi üçün simvolik stadion layihəsi hazırlanıb. Planımızı reallaşdıra bilsək və klub kuboklar qazansa, 3-5 il ərzində “Mançester Yunayted” simvolik stadionuna sahib olacaq,” — deyə klubun həmtəsisçisi Cim Retkliff bildirib.