“İnter Mayami” heyətinə daha bir argentinalı futbolçu cəlb edib. Matc.az xəbər verir ki, ABŞ klubu “Rasinq”in yarımmüdafiəçisi Baltasar Rodrigeslə anlaşıb.

MLS təmsilçisi 21 yaşlı oyunçunu icarəyə götürüb. “İnter Mayami” onu birdəfəlik transfer etmək hüququna malikdi.

Baltasar Rodriges “İnter Mayami”nin baş məşqçisi Xavyer Maskeranonun rəhbərliyi altında Argentinanın aşağı yaş qrupu üzrə millisində çıxış edib. O, U-23 yığmasının heyətində 6 oyun keçirib, 1 qol vurub.

Bununla “İnter Mayami”nin heyətində argentinalı futbolçu sayı 9-a çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest