“Kəpəz”in yarımmüdafiəçisi Şervoni Mabatşoev Tacikistan yığmasına dəvət alıb. O, martın 20-də Belarusla yoxlama matçında və 25-də Asiya Kuboku-2027-nin seçmə oyunları çərçivəsində Timor-Leste ilə qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq. Hər iki matç Düşənbədə keçiriləcək.

Azərbaycan çempionatında çıxış edən daha 2 legioner milli komandasına çağırılıb. Matc.az xəbər verir ki, “Kəpəz” və “Səbail”in oyunçuları martda yığmalarının düşərgəsində olacaq.

“Kəpəz”in yarımmüdafiəçisi Şervoni Mabatşoev Tacikistan yığmasına dəvət alıb. O, martın 20-də Belarusla yoxlama matçında və 25-də Asiya Kuboku-2027-nin seçmə oyunları çərçivəsində Timor-Leste ilə qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq. Hər iki matç Düşənbədə keçiriləcək.

“Səbail”in hücumçusu İnnosent Nşuti isə Ruanda millisinə çağırılıb. Forvard yığmasının Nigeriya və Lesoto ilə DÇ-2026-nın seçmə mərhələ oyunlarında iştirak edə biləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest