“Qarabağ” akademiyasının rəsmiləri Bakıda toplanışda olan İspaniyanın “Levante” klubunun nümayəndələri ilə görüşüb.

Matc.az xəbər verir ki, görüşdə ağdam klubunun akademiyasının koordinatoru Aftandil Hacıyev və meneceri Nail Kərimov iştirak ediblər.

Söhbət zamanı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. “Levante” tərəfi “Qarabağ”la əməkdaşlıqda maraqlıdı.

Qeyd edək ki, “Levante” hazırda İspaniya Sequndasında çıxış edir. Komanda hazırda turnir cədvəlinin 2-ci pilləsində yer alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest