“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə keçiriləcək cavab oyununu dəyərləndirib. Matc.az xəbər verir ki, mütəxəssis rəqibdən çəkindiklərini bildirib.

O, ilk qarşılaşmadakı 1:0 hesablı səfər qələbəsinə baxmayaraq, meydana yenə eyni məqsədlə çıxacaqlarını söyləyib.

Slot PSJ-ni dünyanın ən varlı klubu adlandırıb: “PSJ haqqında danışarkən dünyanın ən zəngin klubundan danışırıq. Zəngin olmaqdan əlavə, Luis Enrike orada əla iş görür. Ona görə də bütün gücümüzü ortaya qoymalıyıq. Məsələn, PSJ-dən sonra dünyanın digər ən zəngin klubu olan “Mançester Siti” ilə matçda topa sahib olmadıq və evdə tam fərqli oynadıq. PSJ də ilk görüşdə məndə xoş təəssürat yaratdı”.

Qeyd edək ki, bu gün keçiriləcək “Liverpul” – PSJ oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest