11 Mart 2025, 14:50
FUTBOL
Çimərlik futbolu üzrə Avropa çempionatının I seçmə mərhələsinin (EBSL) püşkü atılıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib. Millimiz B Liqasının A qrupunda Litva, İngiltərə və Belçika yığmaları ilə mübarizə aparacaq.
Bu qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Maria şəhərində keçiriləcək.