Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş mətbuat konfransı keçirəcək. Matc.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirlib ki, konfrans martın 13-də, saat 11:00-da AFFA-nın inzibati binasında gerçəkləşəcək.

Mətbuat konfransında milli komandamızın yoldaşlıq görüşü çərçivəsində martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti və martın 25-də “Bank Respublika Arena”da Belarus yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest