11 Mart 2025, 16:42
FUTBOL
“Real” rəhbərliyi komandanın təcrübəli futbolçusu Luka Modriçə əvəzləyici axtarışına çıxıb. Matc.az xəbər verir ki, “kral klubu” bu il 40 yaşını tamamlayaq yarımmüdafiəçi ilə mövsümün sonunda əməkdaşlığın bitmə ehtimalından narahatdı.
Bu mövqe üçün gənc futbolçu axtarışına çıxan ispanlar PSJ-dən Vitinyanı transfer etmək istəyirlər. 25 yaşlı portuqaliyalının “Real”a keçməyə razı olduğu bildirilir.
Qeyd edək ki, Vitinyanın PSJ ilə 2029-cu ilin yayınadək nəzərdə tutulmuş müqaviləsi var.