Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub. Matc.az xəbər verir ki, həlledici qarşılaşmada "Zirə" və "Birbaşa Bakı" komandaları üz-üzə gəlib.

"Birbaşa Bakı" rəqibinə qalib gəlməyi bacarıb - 2:0. Matçda Eşqin Tağıyev və Təmkin Xəlilzadə fərqlənib.

Qeyd edək ki, "Birbaşa Bakı" ötən il də Azərbaycan çempionu adını qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest