12 Mart 2025, 09:55
FUTBOL
"Arsenal"ın futbolçusu Uilyam Saliba “Real”a keçəcəyi haqda yayılan məlumatlara aydınlıq gətirib. Matc.az xəbər verir ki, gənc müdafiəçi bu xəbəri təkzib edib.
O, “Arsenal”da özünü çox xoşbəxt hiss etdiyini bildirib: “Klubla 2 il yarımlıq müqaviləm qalıb. "Arsenal"da böyük uğurlar qazanmaq istəyirəm. Hələlik yeni müqavilə bağlamaq haqda danışmamışıq. Düşünürəm ki, tələsmək üçün heç bir səbəb yoxdu".
Qeyd edək ki, Saliba cari mövsümdə 38 oyunda 2 qola imza atıb.