Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün "Atletiko" ilə üz-üzə gələcək “Real” görüşə itki ilə çıxa bilər. Matc.az xəbər verir ki, komandanın fransalı hücumçusu Kilian Mbappenin derbidə iştirak edib-etməyəcəyi sual altındadı.

Mbappe əzələ narahatlığı səbəbindən son məşqin bir hissəsini buraxıb.

Kilianın “Atletiko”ya qarşı oynayıb-oynamayacağı oyunöncəsi isinmə hərəkətlərindən sonra dəqiq bilinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest