12 Mart 2025, 12:54
FUTBOL
Kloze Emrelinin oyunlarda tam gücünü ortaya qoymağını istəyir.
“Nürnberq”in baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı futbolçusu Mahir Emreli barədə açıqlama verib. Matc.az xəbər verir ki, o, həmyerlimizin "Qroyter Fürt"lə qarşıdakı derbiyə hazırlaşdığını bildirib.
"Mahirlə uzun söhbət etdik. Mən onun oyunlarda gücünün 100 faizini ortaya qoymağını istəyirəm. "Qroyter Fürt"lə görüş də belə matçlardan biri olacaq. Mahirlə bağlı optimistəm”, - deyə Kloze qeyd edib.
Qeyd edək ki, "Nürnberq" - "Qroyter Fürt" qarşılaşması martın 16-da keçiriləcək.