Azərbaycan yığmasının martın 22-də Haiti və martın 25-də Belarusla keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə məlumat AFFA-nın saytında yayılıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə baş tutacaq görüşü Türkiyədən, “Bank Respublika Arena”da Belarusla təşkil olunacaq qarşılaşmanı isə Gürüstandan olan baş hakim idarə edəcək.

Hər iki matç saat 21:45-də start götürəcək.

22 mart

21:45. Azərbaycan - Haiti

Baş hakim: Kadir Sağlam (Türkiyə)

Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta (hər ikisi Türkiyə)

Dördüncü hakim: Fərid Hacıyev (Azərbaycan)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

25 mart

21:45. Azərbaycan - Belarus

Baş hakim: Aleko Aptsiauri (Gürcüstan)

Baş hakimin köməkçiləri: Davit Axvlediani, Davit Qabisonia (hər ikisi Gürcüstan)

Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan)

“Bank Respublika Arena”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest