12 Mart 2025, 14:35
FUTBOL
Şinyaşiki həmyerlisi barədə müsbət fikirlər səsləndirib.
“Neftçi”nin sabiq hücumçusu Andre Şinyaşiki Braziliya mətbuatına açıqlama verib. Matc.az xəbər verir ki, o, həmyerlisi, “Qarabağ”ın keçmiş forvardı Juninyodan bəhs edib.
Hazırda Bolqarıstanın “Arda” klubunda oynayan Şinyaşiki həmyerlisi barədə müsbət fikirlər səsləndirib. O, “Flamenqo”ya keçən Juninyonun həm yaxşı futbolçu, həm də gözəl insan olduğunu dilə gətirib.
“Juninyo ilə Azərbaycanda tanış oldum. Qısa zamanda aramızda dostluq münasibəti yarandı. Onun “Flamenqo”da böyük fərq yaradacağına əminəm. Juninyo hər şeyin ən yaxşısına layiqdi. Ona yeni komandasında uğurlar arzulayıram”, - deyə A.Şinyaşiki vurğulayıb.