"Atletiko"nun futbolçusu Anxel Korrea beş oyunluq cəzalandırılıb. Matc.az xəbər verir ki, ona bu cəzanı İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi kəsib.

Bu barədə məlumat qurumun mətbuat xidməti tərəfindən yayılıb.

Korrea İspaniya çempionatının 27-ci turunda “Xetafe" ilə matçın 88-ci dəqiqəsində kobud oyuna görə qırmızı vərəqə alıb. Anxel meydandan qovulduqdan sonra hakimi təhqir edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest