12 Mart 2025, 15:51
FUTBOL
"Bavariya"nın hücumçusu Harri Keyn yeni uğura imza atıb. Matc.az xəbər verir ki, o, buna Çempionlar Liqasında "Bayer"lə 1/8 finalın cavab matçında fərqlənməklə nail olub.
Bununla da ingilis forvard cari mövsüm turnirdəki qollarının sayını 10-a çatdırıb. Nəticədə Keyn Çempionlar Liqasının bir mövsümündə 10 dəfə fərqlənməyi bacaran ilk ingiltərəli oyunçu adına yiyələnib.
Qeyd edək ki, Keyn bu mövsüm bütün turnirlərdə 36 görüşdə 32 dəfə qol sevinci yaşayıb.