Ervin Kuç dünya çempionatının seçmə mərhələsində keçiriləcək oyunlara çağırılıb.

"Neftçi"nin futbolçusu Ervin Kuç Monteneqro milli komandasına dəvət alıb.

Matc.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi martın 22-də Cəbəllütariq, 25-də isə Farer adaları yığması ilə dünya çempionatının seçmə mərhələsində keçiriləcək oyunlara çağırılıb.

Qeyd edək ki, Kuç Monteneqro millisində 11 oyunda meydana çıxıb, 3 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest