20 Mart 2025, 18:30
FUTBOL
"Liverpul" 21 yaşlı "RB Leypsi"in hücumameyilli yarımmüdafiəçisi Xavi Simonsa marağı daha da artırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Caught Offside" paylaşıb.
Bildirilir ki, alman klubu niderlandlı futbolçunun potensial transferindən ilkin olaraq 100 milyon avro qazanmaq istəyib, lakin yayda onun təxminən 80 milyon avroya getməyinə razıdır. Simons üçün mübarizədə "Mançester Siti" və "Bavariya"nın "mersisaydlılar"la rəqabət apara biləcəyi vurğulanır.
Qeyd edək ki, bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 25 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Simonsun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 80 milyon avrodur.