20 Mart 2025, 19:00
FUTBOL
Mauritsio Sarri və Vinçenzo Montella cari mövsümün sonunda "Roma"nın baş məşqçisi postunda Klaudio Ranyerini əvəzləməyə əsas namizədlərdir.
Matc.az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" məlumat yayıb.
Ranyerinin "Roma" ilə müqaviləsi bu il iyunun 30-na kimidir və 73 yaşlı mütəxəssis məşqçilik karyerasını bitirməyi planlaşdırır.
"Roma"nın sahibi Dan Fridkinin Sarrinin istedadının uzun müddətdir pərəstişkarı olduğu haqda şayiələr yayılıb. Montella isə noyabrda romalıların başına keçə bilərdi, lakin sonra seçim Ranierinin xeyrinə edildi.